Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Cüdo idman növü üzrə rayon birinciliyi

29 fevral 2016 | 16:00

28-29 fevral 2016-cı il tarixlərdə Masallı şəhər 2 nömrəli tam orta məktəbində 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş cüdo üzrə yeniyetmələr və gənclər arasında rayon birinciliyi keçirilmişdir.

Masallı rayon Gənclər və idman idarəsi və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən rayon birinciliyində 11 çəki dərəcəsi üzrə 82 yeniyetmə və gənc qalib adı uğrunda mübarizə aparıb.

İki gün davam edən yarışın qaliblərinə diplomlar və hədiyyələr verilib.

Keçidlər