Masallıda Tekvando idman növü üzrə rayon birinciliyi
01-02 mart 2016-cı il tarixlərdə Masallı Regional Taekvando Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “05 Mart Bədən tərbiyəsi və İdman Günü”nə həsr olunmuş yeniyetmə və gənclər arasında Taekvando idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
10 çəki dərəcəsində 81 nəfər yeniyetmə və gənc idmançıların iştrakı ilə keçirilən yarışın məqsədi, rayonda tekvando idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək və gənclərin idmana olan marağını daha da artırmaqdır. Olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində diplom , medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.