Masallıda Boks idman növü üzrə rayon birinciliyi
04 mart 2016 | 16:00
03-04 mart 2016-cı il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Boks Mərkəzində 05 mart-“Bədən tərbiyəsi və İdman Günü”nə həsr olunmuş 2002-2004-cü il təvəllüdlü idmançılar arasında boks idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
10 çəki dərəcəsində 72 nəfər boksçuların iştrakı ilə keçirilən yarışın məqsədi, rayonda boks idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək olub. Olduqca gərgin mübarizə şəraitində keçirilən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində diplomlarla mükafatlandırılmışdır