Şriftin ölçüsü :

Saytın rəngi :

Qarğalıq ərazisində səyyar görüş-qəbulu

09 mart 2016 | 16:00

       09 mart 2016-cı il tarixdə Masallı rayon Qarğalıq inzibati ərazi dairəsinin Eminli kəndində Masallı rayon İcra hakimiyyəti başçısının səyyar görüş-qəbulu keçirilmişdir.
       Qarğalıq ərazisi Qarğalıq, Eminli, Kürdəbaz, Şəhriyar, Xallıcallı, Qədirli və Dəlləkli yaşayış məntəqələrindən ibarətdir. Ərazinin 5830 nəfər əhalisi, 298 ha ümumi torpaq sahəsi vardır.
       Həmçinin ərazidə 5 orta məktəb, 4 həkim məntəqəsi, 1 tibb məntəqəsi, 3 kənd  kitabxanası, 1 poçt və 1 EATS fəaliyyət göstərir.
    Qarğalıq ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı surətlənməsini, dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə ətraflı şərh vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmiş, ərazidə yaşayan əhalini narahat edən məsələləri, kənd sakinlərinin şikayət və təkliflərini dinləmişdir.
Kənd ziyalılarından Sərxoş Nuriyev, Vəzir Allahverdiyev ağsaqqallardan Rəbbi Kərimov, Səlimxan Xəlilov kənd sakinlərindən Adəm Rəhimov, Əsgər Ağayev və başqaları çıxış edərək 500 metr Kürdəbaz kənd küçə yollarının  təmir olunmasına 7 km Xallıcallı kənd küçə yollarının təmir olunmasına, 420 metr Eminli kənd küçə yollarının təmir olunmasına və ərazidə həyatyanı sahələrinə keçidlərə 9 yerdə su ötürücü turbalar qoyulmasına görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
     Sonra sakinlər ərazinin kəndlər arası yollarının asfaltlanmasına, Kürdəbaz-Qədirli kəndlərinə verilən elektirik enerjisində yağ açarının bərpa edilməsinə, ərazinin kəndlərinə içməli suyun çəkilməsinə, Qarğalıq kənd tam orta məktəbinin əsaslı təmir olunmasına, Eminli kənd tam orta məktəbinin yeni binasının tikilməsinə, ərazinin kəndlərində sıradan çıxmış elektirik dirəklərinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
       Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər