“...qanındadır” adlı səınədli filmi
Cənab Prezident İlham Əliyev tərəfindən “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq ediləndən sonra ölkədə bu xəstəliklə mübarizə tədbirlərinin sayı gücləndirilmişdir. Belə tədbirlərdən biri də 11 mart 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Prezident yanında Gənclər Fondunun xətti ilə təşkil olunmuşdur. Tədbirdə Masallı gəncləri, müəllimlər, məktəblilər iştirak etmişlər.
Tədbirdə layihə rəhbəri Ceyhun Əliyev, talassemiya xəstəliyi, bununla bağlı maarifləndirmə işləri barədə danışmışdır. Bildirmişdir ki, bir gənc kimi Dövlət Proqramının həyata keçirilməsinə qoşulmuş, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Respublika Talassemiya Mərkəzinin köməyi ilə “...qanındadır” adlı sənədli film ekranlaşdırmışdır.
Filmin rejissoru Orxan Cahangir bildirmişdir ki, filmdə xəstəliyin yaranma səbəbləri və profilaktikasından bəhs olunur.
Filmə baxış keçirilmiş və tamaşaçılar film barədə fikirlərini söyləmişlər.