Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Novruz yarmarkası

12 mart 2016 | 16:00

     12 mart 2016-cı il tarixdə Masallı şəhər “Xan çinar” ticarət mərkəzinin (təzə bazar) yaxınlığındakı meydanda Novruz bayramı ərəfəsində süni qiymət artımının qarşısının alınması məqsədi ilə Masallı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilmişdir.     

    Yarmarkada fermerlər tərəfindən 50 tondan çox müxtəlif növ yerli ərzaq və kənd təsərrüfatı məhsulları çıxarılıb. Satışa çıxarılan un, düyü, şirniyyat, meyvə, süd məhsulları, yumurta, balıq, cücə, ət və s. bazar qiymətlərindən 20-30% aşağı satılıb.

   Masallı rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri satış-yarmarkasına gələrək satılan məhsulların keyfiyyəti, qiyməti ilə maraqlanmış və alış-verişin vəziyəti ilə tanış olmuşlar.
  Rayon sakinləri yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən məmnunluqlarını ifadə edərək Möhtərəm Prezidentimiz İlham Əliyevə cənablarına öz dərin minnətdarlıqlarını bildirdilər və bu yarmarkaların ölkə rəhbərinin əhaliyə diqqət və qayğısı kimi qiymətləndirdilər.

Keçidlər