Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhər 4 saylı Digah tam orta məktəbdə gənc müəllimlər və yuxarı sinif şagirdləri ilə görüş keçirilmişdir.

25 fevral 2013 | 16:00

22 fevral 2013-cü il tarixində Rayon İcra hakimiyyətinin başçısının Masallı şəhər 4 saylı Digah tam orta məktəbində gənc müəllimlər və yuxarı sinif şagirdləri ilə görüşü keçirilmişdir.

      Görüşdə Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, Rayon Təhsil şöbəsinin  müdiri Astan İbişov, Gənclər və idman idarəsinin rəisi Camal Manafov  iştirak etmişlər.

    Tədbiri giriş sözü ilə rayon Təhsil Şöbəsinin müdiri Astan İbişov açaraq, iştirakçılara şagirdlərlə görülən işlər, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “Valideyin Məktəb Asosasiyası”-nın işi haqqında ətraflı məlumat vermişdir.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək xalqımızın Ümummilli lideri  Heydər Əliyevin uğurlu siyasətinin davamçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevin bu gün də gənclərə böyük  diqqət və qayğı göstərdiyini bildirərək şagirdləri bütün sahələrdə aktiv olmağa dəvət etdi.
   Görüşdə şəhər 4 saylı tam orta məktəbin şagirdlərindən Sevinc Cəbrayılova, Nuran Xankişiyeva, Məmməd Əliyev, Azər Əliyev, Ləman Əzizli, Zəhra İsmayılova, gənc müəllimlərdən Kamilə Ağayeva, Ülviyyə Abbasova, Günel Hüseynova və başqaları çıxış edərək gənclərin asudə vaxtlarının səmərəli təşkili, şagirdlərin məktəbli formalarının, qalstuklarının və döş nişanlarının olmaması, rayonda kolleclərin yaradılması, ipoteka kreditlərinin rayonumuzda tətbiqi, Ə. Əylislinin dərsliklərdən çıxarılması, yolların bərbad olması, futbol yarışlarının keçirilməsi, texniki dərnəklərin təşkil olunması, telekanallarda vətənpərvərlik mövzusunda verlişlərə daha çox yer ayrılması kimi təkliflərini vermişlər.
    Şagirdlərin suallarını rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov və Prezident Administrasiyasınin məsul işçisi Vəfadar Bağırov cavablandırmışlar.

Keçidlər