Şriftin ölçüsü :

Saytın rəngi :

Musaküçə ərazisində Novruz şənliyi

13 mart 2016 | 16:00

   13 mart 2016-cı ildə Musakücə kəndində Novruz şənliyi keçirilmişdir. Şənliyi Masallı rayon İcra hakimiyyətinin başçısının Musakücə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şəmsəddin Teymurov açaraq kənd əhalisini Novruz bayramı münasibəti ilə təbrik etdi və Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun kənd əhalisinə olan təbrikini çatdırdı.
   Şagirdlər bayrama aid şerlər söylədilər. Kosa və keçəlin məzəli sözləri və hərəkətləri, tədbir iştirakçılarını çox sevindirdi.
   Masallı rayon Mədəniyyət evinin solisti Qızılgül Əhədovanın rəngarəng repertuarı şənliyi bir az da canlandırdı.
  Tədbirdə çıxış edən kənd ağsaqqallarından Tağı Tağıyev, ziyalılardan Rizvan Rzayev, Surəddin Qulamov, İlqar Cahangirov, Firuzə Babayeva və başqaları şənlik iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etdərək qeyd etdilər ki, belə şənliylərin yüksək səviyyədə,əmin-amanlıqla keçirilməsi Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarının xalqa olan diqqət və qayğısının təcəssümüdür.
   Tədbirin sonunda Masallı rayon İcra hakimiyyətinin başçısının Musakücə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şəmsəddin Teymurov bir daha tədbir iştirakçılarını Baharın gəlişi münasibəti ilə təbrik etdi və qeyd etdi ki, tezliklə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti nəticəsində belə möhtəşəm tədbirləri Qarabağımızda, Şuşamızda, Laçınımızda, Kəlbəcərimizdə  keçirəcəyik.

Keçidlər