Şriftin ölçüsü :

Saytın rəngi :

Yeyənkənd ərazisində Novruz bayramı

14 mart 2016 | 16:00

14 mart 2016-cı il tarixdə Yeyənkənd kənd orta məktəbinin həyətində Novruz şənliyi keçirilmişdir.
Tədbiri Yeyənkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Barat Nağıyev açaraq şənlik iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etdi və rayon İcra hakimiyyəti başçısının təbrikini şənlik iştirakçılarına çatdırdı.
Novruz şənliyində işdirak edən kənd ağsaqqaları, ziyalıları və ictimaiyyət nümayəndələri novruz bayramının bahar fəslinin gəlişinə işarə olduğunu bildirdilər.
Məktəblilər əllərində baharın gəlişini bildirən və baharın rəmzi olan səməni, bənövşə tutaraq novruz bayramına aid müxtəlif  tamaşalar göstərdilər  və şeirlər dedilər.
Yeyənkənd kənd tam orta məktəbinin direktoru İmaməddin Teymurov novruz bayramının bu fəsilə təsadüf etməsi təbiətin oyanması, insanların bir-birinə qonaq  getməsi və evə gələn qonaqları şirinyatla, çayla gülər üzlə mehriban qarşılamaq bu bayramın necə  gözəl və birlik, barışıq bayramı  olmasından  danışdı.
Şənlikdə çıxış edənlərdən Yeyənkənd kənd tam orta məktəbinin müəllimləri, Fəxrəddin Fərəcov, Ədalət Teymurov, Sevda Nəcəfova və başqaları baharın gəlişi və Novruz bayramının Azərbaycan Xalqının Milli  bayramlarından biri olması və xalqımız bu bayramı ta qədimlərdən çox böyük ruh yüksəkliyi ilə hal-hazıradək keçirməsindən söhbət açaraq qeyd etdlər ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə novruz bayramı daha mütəşəkkil keçrilirdi və bu gündə bu mütəşəkkillik davam etməkdədir.
Tədbir məktəblilərin novruz bayramı səhnələrini oynaması, şeir və bayatılar ilə yekunlaşdı.

Keçidlər