Bədəlan ərazisində Novruz şənliyi
14 mart 2016-cı il tarixdə Masallı rayonu Bədəlan ərazisində Novruz şənliyi qeyd edildi.
Tədbiri Masallı rayon İcra hakimiyyəti başçısının Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Loğman Şahbazov açaraq ərazinin butun sakinlərini və Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik etdi və rayon İcra hakimiyyəti başçısının təbrikini şənlik iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirdə çıxış edənlərdən Bədəlan kənd bələdiyyəsinin sədri İdris Tağıyev, kəndin ağsaqqalı Ağamalı Əhmədov, ziyalılardan Aşur Bağırov, kənd sakinlərindən Əmsal Şahbazov, İradə İmanbəyli, Mirşahid Cəfərov, Gülnarə Novruzova və başqaları Milli bayramın yayılmasında və milli adət ənənələrimizin qorunub saxlanılmasında xüsusi xidmətləri olan Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanı kənd əhalisi adından Novruz bayramı münasibəti ilə təbrik etdilər.
Tədbirin sonunda Novruz bayramına həsr olunmuş şer parçaları, şən musiqilər, kosa və keçəlin oyunbazlıqları tonqal ətrafına yığışan şənlik iştirakçılarının könlünü oxşadı