Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Xəmsə ” intellektual oyunu

17 mart 2016 | 16:00

16-17 mart 2016-cı il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin, “Gənclərin İntellektual İnkişafı Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər  Mərkəzində  “Xəmsə”- Milli İntellektual Oyunu üzrə  gənclər arasında VIII  Azərbaycan Çempionatının zona mərhələsi keçirilmişdir.
Tədbirin açılış mərasimində çıxış edən Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov  cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirməsindən, onlara hər bir sahədə göstərilən qayğıdan və respublikada dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən danışmış, tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişlər.Bildirmişdir ki, “Xəmsə” milli intellektual oyununun keçirilməsinin əsas məqsədi gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
Ölkə çempionatının zona seçim turunda yaşı 17-dən 29-dək olan Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayonlarının komandaları öz bilik-bacarıqlarını və intellektual səviyyələrini sınamışlar.
Yarışın yekununda Lənkəran rayonunun “Atom” və “Azadlıq” komandaları I,II yer və Masallı  rayonunun “Big bəng”  komandası III yeri tutmuşlar.
Hər üç komanda Gəncə şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanmışdır.

Keçidlər