Şriftin ölçüsü :

Saytın rəngi :

Çaxırlı ərazisində Novruz bayramı

16 mart 2016 | 16:00

16 mart 2016-cı il tarixdə Çaxırlı kənd orta məktəbinin həyətində Novruz şənliyi keçirilmişdir.
  Tədbiri Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Oktay Cavadov açaraq şənlik iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etdi və rayon İcra hakimiyyəti başçısının təbrikini şənlik iştirakçılarına çatdırdı.
Novruz şənliyində işdirak edən kənd ağsaqqaları, ziyalıları və ictimaiyyət nümayəndələri Novruz bayramının bahar fəslinin gəlişinə işarə olduğunu bildirdilər.
Məktəblilər əllərində baharın rəmzi olan səməni, bənövşə tutaraq novruz bayramına aid müxtəlif  tamaşalar göstərdilər  və şeirlər dedilər.
Çaxırlı kənd tam orta məktəbinin direktoru Allahverən Məmmədov novruz bayramının bu fəsilə təsadüf etməsi təbiətin oyanması, birlik və barışıq bayramı  olmasından  danışdı.
Şənlikdə çıxış edən kənd ağsaqqallarından Tofıq Qubadov, ziyalılardan İlham Mürsəlov, Könül Fətullayeva, kənd sakinlərindən Vəfalı Paşayev, Məlahət Mahmudova və başqaları baharın gəlişi və Novruz bayramının Azərbaycan Xalqının Milli  bayramlarından biri olması və xalqımız bu bayramı ta qədimlərdən çox böyük ruh yüksəkliyi ilə hal-hazıradək keçirməsindən söhbət açaraq qeyd etdlər ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə novruz bayramı daha mütəşəkkil keçrilirdi və bu gündə bu mütəşəkkillik davam etməkdə olduğunu söylədilər və Milli  bayramın yayılmasında, milli adət ənənələrimizin qorunub saxlanılmasında xüsusi xidmətləri olan Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanı kənd əhalisi adından Novruz bayramı münasibəti ilə təbrik etdilər.
Tədbir məktəblilərin novruz bayramı səhnələrini oynaması, şeir və bayatılar ilə yekunlaşdı.

Keçidlər