Şriftin ölçüsü :

Saytın rəngi :

Lürən ərazisində Novruz bayramı

19 mart 2016 | 16:00

19 mart 2016-cı il tarixdə Lürən kənd tam orta məktəbində Novruz şənliyi keçirilmişdir.
    Tədbiri Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zakir Əbilov açaraq şənlik iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etdi və rayon İcra hakimiyyəti başçısının təbrikini şənlik iştirakçılarına çatdırdı.
  Novruz şənliyində iştirak edən kənd ağsaqqaları, ziyalıları və ictimaiyyət nümayəndələri Novruz bayramının bahar fəslinin gəlişinə işarə olduğunu bildirdilər.
  Məktəblilər əllərində baharın rəmzi olan səməni, bənövşə tutaraq novruz bayramına aid müxtəlif  tamaşalar göstərdilər  və şeirlər dedilər.
  Lürən kənd tam orta məktəbinin direktoru İltimas Nəzərov Novruz bayramının bu fəsilə təsadüf etməsi təbiətin oyanması, birlik və barışıq bayramı  olmasından  danışdı.
  Şənlikdə çıxış edən kənd ağsaqqallarından Balakərim Yaqubov, ziyalılardan Canəli Sadıqov, Rəsmiyyə Cəbiyeva, kənd sakinlərindən Bahadur Həmidov, Sahib Əmirəliyev və başqaları baharın gəlişi və Novruz bayramının Azərbaycan Xalqının Milli  bayramlarından biri olması və xalqımız bu bayramı ta qədimlərdən çox böyük ruh yüksəkliyi ilə hal-hazıradək keçirməsindən söhbət açaraq qeyd etdlər ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə novruz bayramı daha mütəşəkkil keçrilirdi və bu gündə bu mütəşəkkillik davam etməkdə olduğunu söylədilər və Milli  bayramın yayılmasında, milli adət ənənələrimizin qorunub saxlanılmasında xüsusi xidmətləri olan Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanı kənd əhalisi adından Novruz bayramı münasibəti ilə təbrik etdilər.
  Tədbir məktəblilərin novruz bayramı səhnələrini oynaması, şeir və bayatılar ilə yekunlaşdı.

Keçidlər