Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 2 aprel- Beynəlxalq Uşaq Kitab günü ilə əlaqadar tədbir

01 aprel 2016 | 16:00

01 aprel 2016-cı il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin, Rayon təhsil şöbəsinin və Mərkəzi kitabxananın birgə  təşkilatçılığı ilə Masallı şəhər Mərkəzi kitabxanasında 02 aprel- Beynəlxalq Uşaq Kitab Günü ilə əlaqədar olaraq məktəblilərlə görüş keçirilmişdir.
          Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək bildirdi ki, uşaqların tərbiyəsində kitabların xüsusi yer tutduğunu və kitabların onların zəngin mənəvi zövqə malik bir insan kimi tərbiyə etməsindən , öz xalqının mübarizələrlə zəngin tarixi keçmişinə dərindən bələd olmasına imkan yaratdığını ön plana çəkdi.Sonra uşaqların ,yeniyetmə və gənclərin kitabxanalara cəlb edilməsi sahəsində görülən işlərdən və keçirilən tədbirlərdən danışaraq bildirdi ki, bundan sonra da bu sahədə olan tədbirlər davamlı şəkildə təşkil ediləcək və gənclərin kitabxanalara , mərkəzlərə cəlb edilməsinə şəraitin yaradılacaq.
           Sonra tədbirdə Masallı şəhər Mərkəzi kitabxanasının direktoru Ələddin Nəzərov, Masallı rayon Təhsil şöbəsinin metodisti Münəvvər Əzimova çıxış edərək Uşaqların sağlam mühitdə düzgün tərbiyə edilərək böyüdülməsi parlaq bir gələcəyin təminatı olduğunu, onların tərbiyəsində isə kitablar xüsusi və danılmaz bir yer tutuğunu bildirdilər
           Tədbirdə bir  qrup məktəblilər ən yaxşı oxucu adına layiq görülərək Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla mükafatlandırıldı.
Sonda məktəblilər Rayon Mərkəzi kitabxanasında və Heydər Əliyev Mərkəzində yerləşən kitabxanalarda bir sıra kitablarla tanış oldular.

Keçidlər