Şriftin ölçüsü :

Saytın rəngi :

Xidməti borcunu yerinə yetirərkən yaralanan Masallı hərbiçiləri

04 aprel 2016 | 16:00

02 aprel 2016-cı il tarixdə Cəbhənin təmas xəttində gedən döyüşlər zamanı qəhrəmancasına şücayət göstərərək yaralanan Masallı igidləri barədə məlumat.

Quliyev Mansur Qurban oğlu
05 dekabr 1993-cü ildə Masallı rayonu Xırmandalı kəndində anadan olub. 2015-ci ilin iyun ayında Masallı rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 02 aprel 2016-cı il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşdə  yaralanmışdır.

Orucov Şamxal Əlövsət oğlu
18 aprel 1997-ci ildə Masallı rayonu Ərkivan qəsəbəsində anadan olub. 20 aprel 2015-ci il tarixdə Masallı rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 02 aprel 2016-cı il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşdə yaralanmışdır.

Fətullayev Pərvin Fəxrəddin oğlu
22 dekabr 1996-cı ildə Masallı rayonu Nəzəroba kəndində anadan olub. 2015-ci ilin yanvar ayında Masallı rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 02 aprel 2016-cı il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşdə yaralanmışdır.

Keçidlər