Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının iclası ilə bağlı Masallı rayonunda müşavirə

04 aprel 2016 | 16:00

04 aprel 2016-cı il tarixdə Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət Mərkəzində 03 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurası iclasında cənab Prezidentin söylədiyi nitqdən irəli gələn vəzifələrlə bağlı Masallı rayon ictimaiyyət nümayəndlərinin iştirakı ilə müşavirə keçirilmişdir.
İlk öncə tıdbir iştirakçıları şəhid olmuş Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusunun xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
  Tədbiri Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq
bildirmişdir ki, Milli Ordunun aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı baş vermişdir. Aprelin 2-nə keçən gecə və 2 gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var. Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib. Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır. Bütün döyüşdə mənfur düşmənimiz olan ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.
Natiq Prezidentin yanında Təhlükəsizlik Şurasının iclasındakı sözlərini xatırladıb bildirmişdir ki, bir daha demək istəyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Ancaq həll etmək istəyirik. Biz bundan sonra da sonu bəlli olmayan prosesdə sadəcə olaraq görüntü naminə iştirak etmək fikrində deyilik. Bunu vasitəçilərə də demişik, bunu Ermənistan tərəfi də bilir. Ona görə də məsələnin sülh yolu ilə həlli üçün Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Bunun başqa yolu yoxdur. Əgər Ermənistan rəhbərliyi öz xalqının gələcəyini düşünürsə, bu addımı atmalıdır. Ermənistanda hökm sürən kriminal diktatura rejimi öz ölkəsini uçuruma aparır. Ermənistanda demoqrafik vəziyyət kritik həddə çatıbdır. İqtisadiyyat dağılıb, bütün azadlıqlar tapdalanır, diktatura hökm sürür. Kriminal rejim ilk növbədə erməni xalqının qənimidir. Ona görə onların gələcəyi yalnız qonşu ölkələrlə normal münasibətlərdən keçir. Ancaq hansı normal münasibətlərdən söhbət gedə bilər ki, XXI əsrdə qonşu ölkənin torpaqlarının 20 faizini işğal edəsən, soyqırımı törədəsən, sonra isə soyqırımına məruz qalan xalqı günahlandırasan ki, atəşkəsi pozur.
Rayon rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verimiş və səbir diləmişdir.
Sonra hərbi komissar Rəsul Quliyev, YAP rayon təşkilatı Şurasının üzvü Qardaş Fətullayev, valideynlərdən Alxas Bədəlov və Nüşabə Rüstəmova, döyüş xəttindən qayıtmış rayonun baş həkimı Cəlil Nəzərov, rayon Veteranlar Şurasının sədri Məmmədağa Şiriryev, Azərbaycanın Milli Qəhrəmanının qardaşı Seyfulla Əhmədov və başqaları çıxış etmişlər. Çıxışçılar döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyətini, hərbi təcrübəsini və döyüş ruhunu yüksək qiymətləndirib. Hər an onların yanında olduqlarını dönə-dönə dilə gətirmişlər. Onu da bildirmişlər ki, biz də Prezident və Ali Baş Komandan İLHAM ƏLİYEV cənablarının mövqeyini dəstəkləyirik. Biz cənab Prezidentin əsgərləriyik. Atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaqdır.
Tədbirin sonunda "Yaşasın Azərbaycan!", "Yaşasın Azərbaycan Prezidenti" şüarları səsləndi.

Keçidlər