MASALLIDA XOCALI SOYQIRIM QURBANLARI ANILDI
Masallı rayon İcra hakimiyyəti başçısının Xocalı soyqırımı ilə bağlı təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonda bir sıra silsilə tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərin yekunu olaraq 26 fevral 2013-cü il tarixdə Masallı şəhər “Qəhrəmanlar parkı”nda soyqırım qurbanlarının anım mərasimi olmuşdur.
Tədbirdə iştirak edən rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat əməkdaşları, veteranlar, ağsaqqallar, ziyalılar, gənclər, məktəblilər və rayon sakinləri 26 fevral soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Abidə önünə təzə tər gül dəstələri düzmüş, soyqırım qurbanlarının ruhuna dualar oxumuşlar.
Sonra Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət şöbəsinin xalq teatrının üzvlərinin ifasında əbədi-bədii kompozisiya təqdim edilmişdir. Minlərlə rayon sakini gün ərzində kütləvi şəkildə şəhidlərin abidəsini ziyarət etmiş, xatirələrini dərin ehtiramla yad etmişlər.