Masallıda “Sağlam həyat naminə erkən nikaha yox deyək!” mövzusunda tədbir
06 aprel 2016-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Masallı rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sağlam həyat naminə erkən nikaha yox deyək!” mövzusunda tədbir keçirmişdir.
Tədbir öncəsi cəbhənin təmas xəttində baş vermiş gərgin döyüşlərdə həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdır.
Tədbiri Komitənin Ailə problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov açaraq demişdir ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin gələcək nəsillərə ötürülməsi, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunması, ailə həyatına hazırlığı, sağlam həyat tərzinin təbliği istiqamətində genişmiqyaslı maarifləndirmə layihələri həyata keçirilir.
Bu istiqamətdə 2014-cü ildən etibarən keçirilən “Sağlam həyat naminə erkən nikaha yox deyək!” adlı layihə çərçivəsində bir çox rayonlarda gənclər arasında tədbirlər keçirilmişdir.
Layihənin məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, onların erkən və qan qohumları arasında bağlanan nikahların yaratdığı fəsadlar barədə maarifləndirilməsi və əldə edilən məlumatın digər gənclərlə bölüşdürülməsidir. Bu gün layihə çərçivəsində növbəti tədbir Masallı gənclərinin iştirakı ilə keçirilir.
Mövzu ilə əlaqədar erkən nikahlanmış bir gəncin faciəli taleyi ilə bağlı video çarx nümayiş etdirilmiş, məxfi anket sorğusu keçirilmişdir.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Əyyar Burhanov rayonumuzla bağlı göstərilən faktlara münasibət bildirmişdir.
Tədbirin sonunda Masallı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova erkən nikahlarla bağlı rayonda həyata keçirilən tədbirlərdən danışmışdır.