Masallıda Bələdiyyələrin seminar-müşavirəsi
08 aprel 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində bələdiyyə sədrləri, üzvləri və qulluqçularının iştirakı ilə seminar-müşavirə keçirilmişdir.
Tədbirdə iştirak edən Lənkəran Regional Ədliyyə şöbəsinin baş məsləhətçisi Çingiz Cavadov bələdiyyələrin fəaliyyətinə inzibatı nəzarətin təşkili, torpaq qanunvericiliyinin pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi, korrupsiya hüquqpozmalarının qarşısının alınması və bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması haqqında geniş məruzə etdi.
Masallı RİHB aparatı Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Əlimərdan Abdullayev bəzi bələdiyyələrin fəaliyyətini təqdir etsə də, hələ də çatışmazlıqların olduğunu diqqətə çatdırdı, tövsiyələrini verdi.
Seminarın sonunda iştirakçıların sualları cavablandırıldı.