“Qisası indiyə saxlamışıq biz”
08 aprel 2016 | 16:00
08 aprel 2016-cı il tarixdə Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət Mərkəzində hərbi-vətənpərvərlik mövzusunda “Qisası indiyə saxlamışıq biz” adlı tədbir keçirilmişdir.
Tədbirdə təhsil işçiləri, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak etmişdir. Tədbir öncəsi son günlər Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra tarix elmləri üzrə fəlsəfə doktoru Mürvət Abbasovun məruzəsi dinlənilmişdir.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Masallı Xalq Teatrının səhnələşdirdiyi “Qisası indiyə saxlamışıq biz” adlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.