Şriftin ölçüsü :

Saytın rəngi :

KÖHNƏ ALVADI ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ

13 aprel 2016 | 16:00

Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 13 aprel 2016-cı il tarixdə Köhnə Alvadı ərazisində keçirilmişdir. Ərazinin 4032 nəfər əhalisi və 791 ha torpaq sahəsi vardır.
  Həmçinin ərazidə 1 tam orta məktəb, 1 həkim məntəqəsi, 1 EATS və 1 poçt fəaliyyət göstərir.
  Köhnə Alvadı ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
  Kənd ağsaqqallarından Elbəyi Cavadov, Müzəffər Vəlişov kənd ziyalılarından Əli Əlişov, Səidə Ağaşova kənd sakinlərindən Ülkər Süleymanova, Baba Süleymanov və başqaları çıxış edərək ərazidə 4 km uzunluğunda kənd ara yollara asfalt örtüyü vurulmasına, bərk məişət tullantılarının yığılması və ərazidən uzaqlaşdırılmasından ötrü əhali ilə müqavilələr bağlanaraq zibil qablarının alınmasına, bərk məişət tullantılarının daşınmasından ötrü Zil markalı avtomaşın alınmasına, kəndin mərkəzindən keçən çay vadisinin 600 metr məsafədə təmizlənməsinə, kənd qəbirəstanlığının genişləndirilməsi və hasar çəkilməsinə, su anbarlarının yanına 350 ədəd müxtəlif növ ağaclar əkilməsinə, əhalinin istirahət etməsi üçün park salınmasından ötrü təməlin qoyulmasına, ərazidə 8  ədəd yararsız elektrik dirəyinin dəyişdirilməsinə və ərazinin bütün küçələrinin işıqlandırılmasına görə kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə və rayon İcra hakimiyyətinin başçısına minnətdarlıqlarını bildirmişlər.
  Sonra sakinlər kəndin mərkəzindən keçən Tatyançayın əvvəlki vəziyyətə gətirilməsindən ötrü təmizlənib  başa çatdırılmasına, sututarının ətrafında  təməli qoyulmuş istirahət mərkəzi və parkın tikilib başa çatdırılmasına, ərazidə yararsız elektrik dirəklərinin dəyişdirilməsinə, Köhnə Alvadı kənd tam orta məktəbinin tikintisinin başa çatdırılmasına, Köhnə Alvadı kənd inzibati ərazi nümayəndəliyinin və bələdiyyə binasının tikilməsinə və vətəndaşlardan Bələdiyyə mülkiyyətinə aid olan torpaqların zəbtdən tam azad etməsinə köməklik göstərilməsini xahiş etmişlər.
  Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər