Kalinovkada könüllü qanvermə aksiyası
15 aprel 2016 | 16:00
15 aprel 2016-cı il tarixdə Kalinovka Sahə Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir.
Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankının Lənkəran bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirdə gün ərzində Kalinovka və ətraf ərazillərin sakinləri iştirak etmişlər.
Tədarük olunan qan Respublika Qan Bankına təhvil verilmişdir. Yığılan qan nümunələrindən düşmən təxribatı nəticəsində yaralanan, eləcə də mülki vətəndaşlara kömək məqsədilə istifadə ediləcəkdir.
Aksiya iştirakçıları yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirmişlər.