Şriftin ölçüsü :

Saytın rəngi :

UNİSEF-in məktəbəqədər təhsillə bağlı seminarı

18 aprel 2016 | 16:00

18 aprel 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində “Məktəbəqədər təhsilin genişləndirilməsi” mövzusunda seminar keçirilmişdir.
Seminar UNİCEF-in Azərbaycan üzrə nümayəndəliyinin növbəti 5 il üçün məktəbəqədər təhsilə dair fəaliyyətlərinin genişləndirilməsi istiqamətində  həyata keçirilir.
Keçirilən seminarda  Masallı RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Əliyeva, UNİCEF-in Azərbaycan üzrə nümayəndəliyin Təhsil Şöbəsinin mütəxəssisi Afaq Abdinova, Beynəlxalq Məsləhətçi Yan Van Reyvens, Milli Məsləhətçi Şərafət Şirinli, rayon təhsil şöbəsinin işçiləri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və digər aidiyyatı  təşkilatların nümayəndələri iştirak etmişdir.
Dəyirmi masada Beynəlxalq Məsləhətçi Yan van Reyvens UNİCEF-in rayonlarda həyata keçirdikləri layihə haqqında geniş məlumat vermişdir. RİH-in rəsmisi N. Əliyeva rayon rəhbərliyi adından qonaqları, seminar iştirakçılarını salamlamış, müzakirə ediləcək mövzunun aktual olduğunu diqqətə çatdırmışdır. Sonra çıxış edən UNİCEF-in Azərbaycan üzrə nümayəndəliyin Təhsil Şöbəsinin mütəxəssisi A. Abdinova, Milli Məsləhətçi Ş.Şirinli təqdimat etmişdir. Təqdimatdan sonra mövzu əsasında seminar iştirakçıları geniş müzakirə aparmış və bu istiqamətdə vacib olan məqamlar haqqında təkliflər irəli sürmüşlər.
  Bu layihə ilə məktəbəqədər təhsilin hal-hazırkı vəziyyətinin müzakirə edilməsi və yeni modellər hazırlayaraq müvafiq qurumlara təqdim edilməsi nəzərdə tutulmuşdur.

Keçidlər