Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Xalqa bəxş edilmiş ömür” devizi altında mini-futbol turniri

18 aprel 2016 | 16:00

18 aprel 2016-cı il tarixdə Masallı Olimpiya Kompleksində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Yeni Azərbaycan Partiyasının qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə əlaqədar  “Xalqa bəxş edilmiş ömür” devizi altında mini-futbol turnirinə start vermişdir.
İlk öncə turnir iştirakçıları son günlər cəbhə bölgəsində torpaqlarımızın müdafiəzi uğrunda canından keçən qəhrəman Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq, Ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin qorunması istiqamətindəki xidmətlərindən söz açaraq bildirmişdir ki, “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”.
Seyfəddin Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə eləcədə idman sahəsində aparılan uğurlu islahatlardan söz açmış və turnirdə iştirak edən komandalara müvəffəqiyyətlər arzu etmişdir.
Turnirin açılış mərasimində iştirak edən Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov və YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov da öz çıxışlarında bütün komandalara uğurlar arzulamışdır.

Keçidlər