Milli-mənəvi dəyərlərimiz vətənpərvərlik tərbiyəsində əsasdır
19 aprel 2016-cı il tarixdə R.Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı üzrə şöbəsi və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı “Gənclərin vətənpərvərlik ruhunda tərbiyyəsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları cəbhə bölgəsində vətənin müdafiəsi zamanı qəhrəmancasına Şəhid olan hərbiçilərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə R.Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbin direktoru, “Tərəqqi” medallı, Əməkdar müəllim Mirqabil Hüseynov açaraq Azərbaycan Ordusunun erməni təxribatçılarının hücumunu dəf edərkən göstərdiyi şücaətdən danışmış, bunun yüksək vətənpərvərlik ruhu, milli-mənəvi dəyərlərimizin aşıladığı hiss kimi qiymətyləndirmişdir.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bölgə üzrə şöbə müdiri Miryəhya Bədirov, QMİ-nin bölgə qazisi Mirqiyas Təhməzov, rayon Ziyalılar cəmiyyətinin sədri Qardaş Fətullayev, rayon Ağsaqqallar şurasının sədr müavini Ələşrəf Niftiyev, rayon Veteranlar şurasının sədri Məmmədaqa Şiriyev, Masallı RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nazim Muradov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı üzrə bölgə şöbəsinin məsul işçisi Kamil Bağırov çıxışlarında xalqımızın yüksək ovqatda olmasını qeyd etdilər. Bu Azərbaycan Ordusunun qələbəsi, ölkəmizdə həyata keçirilən müdrik siyasətin nəticəsidir. Bu, Ali Baş Komandanımız İlham Əliyev cənablarının, Milli Ordumuzun tarixi qələbəsidir. Azərbaycanın bütün bölgələrində milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq məfkurəsinə mühüm diqqət yetirilir. Bunu Masallımızın timsalında da aydın görmək olar.