Xırmandalı ərazisində yazlıq məhsul yığımı
21 aprel 2016 | 16:00
Xırmandalı ərazisində yazın ilk günlərindən etibarən təsərrüfatın ayrı-ayrı sahələrində əmək kollektivlərinin fəallığı hiss olunur.
Fermerlər bu il 85 hektar sahədə örtük altında kartof yetişdirmişlər. Bunun 35 hektarı payıbəlli, 50 hektarı həyətyanı sahələrdədir.
Fermerlərdən Cəmil Tağıyev, Elmidar Qurbanov, Aslan Abıyev və başqaları məhsul yığımına başlamışlar.
Politelin örtük altında yetişdirilən xiyar sahəsindən də məhsul yığımına başlanıb. 140 hektar badımcan sahəsində də yaxın vaxtlarda nübar məhsul yığılacaqdır.