Şriftin ölçüsü :

Saytın rəngi :

QƏRİBLƏR ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ QƏBULU

20 aprel 2016 | 16:00

Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 20 aprel 2016-cı il tarixdə Qəriblər ərazisində keçirilmişdir. Ərazinin 2624 nəfər əhalisi və 744 ha torpaq sahəsi vardır.
    Həmçinin ərazidə 1 tam orta məktəb, 1 həkim məntəqəsi, 1 EATS və 1 poçt fəaliyyət göstərir.
    Qəriblər ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
    Kənd ağsaqqallarından İsbəndiyar İmamyarov, Cavanşir Əliyev kənd ziyalılarından İldırım Allahyarov, Şərafət Əliyev kənd sakinlərindən Qüvvət Məlikov, Hasil Bağışov və başqaları çıxış edərək ərazidə məişət tullantıları və yol kənarı kolların təmizlənməsinə, ərazidə  9 ədəd elektrik dirəyi dəyişdirilməsi və 11 elektrik dirəyinin tam təmir olunmasına, elektrik xətti  altında  olan ağaclar kəsilməsinə, kənd ara yollarının qumlanmasına, ərazinin Şıxlar kəndində kənd ara yollarının  genişləndirilməsinə, 1300 metr  məsafəyə  qum, çınqıl döşənməsinə, ərazidə yaşıllaşdırma məqsədi ilə Ərkivan–Qəriblər yolunun  sağ hissəsində 350-dən yuxarı ağac əkilməsinə və ərazidə İstirahət mərkəzinin tikintisinin davam  etdirilməsinə görə kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə və rayon İcra hakimiyyətinin başçısına minnətdarlıqlarını bildirmişlər.
    Sonra sakinlər Şıxlar kəndinə qaz xəttinin çəkilməsinə, ərazi nümayəndəliyi üçün  inzibati idarə binasının tikilməsinə, ərazidə yararsız elektrik dirəklərinin dəyişdirilməsinə, Qəriblər tam orta məktəbinin əsaslı təmir  edilməsinə, Şıxlar ümumi orta məktəbinin əsaslı təmir edilməsinə və ərazidə fəaliyyət göstərən qəzalı vəziyyətdə  olan  həkim məntəqəsinin  təmiri və ya  tikintisinin aparılmasına köməklik göstərilməsini xahiş etmişlər.
    Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər