Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “05 mart-Bədən Tərbiyəsi və İdman günü”qeyd edilmişdir

06 mart 2013 | 16:00

Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov tədbir iştirakçılarını salamlayaraq Ölkə Rəhbərinin idmana qayğısından söhbət açmışdır.
Natiq çıxış edərək Masallı rayonunda tikilmiş Masallı Olimpiya Kompleksi və tikilməkdə olan Boradigah Olimpiya Kompleksi, Boks mərkəzi, Taekvando mərkəzi və 2015-ci ildə  Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi məhz Azərbaycan idmanına göstərilən qayğının  bariz  nümunəsi olduğunu vurğulamışdır.
Qeyd olundu ki, idmançılarımız bir sıra Respublika və beynəlxalq əhəmiyyətli yarış və birinciliklərdə iştirak etmişdirlər. Bunlardan,  sambo üzrə Azərbaycan birinciliyi, sambo üzrə Avropa çempionatı, cüdo üzrə Azərbaycan birinciliyi, taekvando üzrə Azərbaycan birinciliyi və  taekvando üzrə beynəlxalq çempionat  rayonumuz üçün daha uğurlu nəticələrlə yadda qalmışdır.
Sonra Rayon İcra Hakimiyyəti Başçısının müavini Nəsir Muxtarlı çıxış edərək birinci növbədə Rayon İcra hakimiyyətinin başçısı adından rayon idmançılarını salamlayaraq onları təbrik etdi və  bilidirdi ki, Azərbaycan Respublikasında idman sahəsində aparılan dövlət siyasəti Masallı rayonunda da müvəffəqiyyətlə həyata keçirilir.
  Tədbir iştirakçılarından Həbib Mehtiyev, Əməkdar məşqçi Qurbanəli İsayev, Əməkdar məşqçi Xanağa Quliyev və başqaları çıxış edərək rayonumuzda idmana marağın daha da artdığını vurğulayaraq bu sahədə ardıcıl işlərin aparılmasında öz əllərindən gələni də əsirgəməyəcəklərini qeyd etdilər. 
Tədbirdə bir qrup fəal idmançı və məşqçi-müəllimlər  Gənclər və İdman idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.

Keçidlər