Masallıda 23 aprel–“Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”
22 aprel 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 23 aprel–“Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibəti ilə tədbir keçirilmişdir
Tədbirdə Masallı rayon Mərkəzi kitabxanasının, Rayon məktəb kitabxanalarının kitabxana müdürləri və bir qrup gənclərin iştrakı ilə keçirilən Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq bildirdi ki, hər il olduğu kimi bu ildə 23 aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nün qeyd olunması artıq ənənəyə çevrilmişdir .Belə tədbirlərin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək və davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Münəvvər Əzimova, çıxışçılardan N.Kərimova, F.Əliyeva və başqaları çıxış edərək bildirdilər ki, gənclərimizdə milli-adət ənənələrin inkişafı və dərk edilməsi, həmçinin biliklərin yayılması və qorunması üçün kitabların və maarifləndirmənin ən böyük vasitə və ən etibarlı üsul olduğunu vurğuladılar.
Tədbirin sonunda bir qrup fəal gənc oxuculara Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla mükafatlandırıldı.
Sonda tədbir iştirakçıları Masallı şəhər Gənclər Mərkəzində fəaliyyət göstərən kitabxanadakı kitablarla tanışlıq oldular.