Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA ÇERNOBIL ƏLİLLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

25 aprel 2016 | 16:00

Masallı rayon İcra hakimiyyətinin inzibati binasında rayonda yaşayan Çernobıl əlilləri ilə görüş keçirilmişdir.
Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdiri Seyfəddin Əliyev, Çernobıl Əlilləri Cəmiyyətinin sədri Nazim Rzayev və Çernobıl əlilləri çıxış edərək 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında Azrbaycanlıların göstərdiyi şücaətdən danışmış, Prezident İlham Əliyevin Çernobıl əlillərinə diqqət və qayğısını yüksək qiymətləndirmişlər.
Tədbirin sonunda Çernobıl əlillərinə ziyafət verilmiş və maddi yardım göstərilmişdir.

Keçidlər