MASALLIDA MİNİ-FUTBOL TURNİRİNƏ YEKUN VURULDU
25 aprel 2016-cı il tarixdə Masallı olimpiya Kompleksində Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93 illik yubileyi münasibəti ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı tərəfindən təşkil olunmuş mini-futbol turnirinə yekun vurulmuşdur.
Ərazi ilk partiya təşkilatları arasında keçirilən turnirin final görüşündə “ƏSMM” və “DSMF” komandaları qarşılaşmışlar.
Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında “DSMF” komandası “ƏSMM” komandasını 2-1 hesabı ilə məğlub edərək turnirin qalibi olmuşdur.
Komandalarnın mükafatlandırılmasında YAP Masallı Rayon təşkilatının Sədri Seyfəddin Əliyev iştirak etmişdir.
YAP Masallı rayon təşkilatının Sədri Seyfəddin Əliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən, Ulu Öndərin layiqli davamçışı ölkə Prezidenti İlham Əliyevin Azərbaycan gəncliyinə və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan, apardığı uğurlu daxili və xarici siyasətindən ətraflı məlumat verdi və turnirin qalibi olmuş “DSMF” komandasını təbrik etdi.
Sonda turnirin final mərhələsində qarşılaşmış komandalara YAP Masallı Rayon təşkilatının Fəxri Fərmanı, qiymətli hədiyyələri və pul mükafatları verilmişdir.