Masallıda vətəndaşların tibbi müayinəsi uğurla davam edir
26 aprel 2016 | 16:00
26 aprel 2016-cı il tarixdə Yeyənkənd həkim məntəqəsində vətəndaşların tibbi müayinəsi keçirilmişdir.
Tibbi müayinə zamanı yeyənkənd və ətraf ərazilərdən ümumilikdə 456 nəfər müayinədən keçirilmiş, onlardan 26 nəfərin xəstə olduğu aşkarlanmış və hər birinə ambulator müalicə təyin edilmişdir.
Müayinə rayon Mərkəzi Xəstəxanasından göndərilmiş 10 həkimin iştirakı ilə keçirilmişdir.
Ümümilikdə MRX-sı üzrə 2016-cı ildə 133145 vətəndaş müayinə olunub. Onlardan 4746-ı ambulator, 264-ü stasionar, 142 nəfəri isə müayinə və müalicə üçün Bakı şəhərinə göndərilmişdir.