Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə tədbiri

27 aprel 2016 | 16:00

27 aprel 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Masallı rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə narkomanlığa qarşı mübarizəni gücləndirmək məqsədilə tədbir  keçirilmişdir.
Tədbirdə təşkilatçılarla yanaşı təhsil və səhiyyə işçiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak etmişdir. Masallı rayon İcra hakimiyyəti başçısının I müavini, rayon komisiyasının sədri Nadir Abıyev bildirmişdir ki, narkomanlığa qarşı mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması üçün təlimçilərin hazırlanması mühüm əhəmiyyət kəsb edir. Bildirildi ki, bu sahədə maarifləndirmə işinin artırılması məqsədilə rayonun təhsil və səhiyyə müəssisələrində Masallı rayon Polis İdarəsi ilə birgə müxtəlif tədbirlər həyata keçirilir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev qeyd etmişdir ki, narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyulub.
Tədbirdə çıxış edən Dövlət Komissiyası İşçi Qrupunun baş məsləhətçisi Rafiq Allahverdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Asif Kəngərli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsləhətçisi Səməd Sadıqov və Baş Narkotiklərlə Mübarizə İdarəsi Cənub bölgəsinin rəisi İzzət Ələsgərov narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və onlardan sui-istifadə ilə əlaqədar mübarizənin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışmışlar.
Müzakirələr zamanı Masallı rayon Təhsil şöbəsinin metodisti Əyyar Bürhanov, Hacıtəpə kənd tam orta məktəbinin direktoru Adıgözəl Əmənov, Yeddioymaq kənd 2 saylı tam orta məktəbin psixoloq-müəllimi Ramiz Şəmiyev və başqaları təklif və tövsiyələrini səsləndirmişlər.
Tədbirin sonunda videoçarx nümayiş olunmuş, iştirakçılara mövzu ilə bağlı maarifləndirici bukletlər paylanmışdır.

Keçidlər