Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Masallıda vətəndaşları qəbul edib

29 aprel 2016 | 16:00

29 aprel 2016-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyev cənablarının tapşırıq və tövsiyələrinə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov cənub bölgəsinin sakinlərini qəbul edib.
Qəbuldan əvvəl nazir Kəmaləddin Heydərov və Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstləri düzərək xatirəsini ehtiramla yad etdilər.
Nazirliyin müvafiq icra strukturu rəhbərlərinin iştirak etdiyi qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. Bölgə vətəndaşlarının bir qismi, həmçinin nazirliyin müvafiq qurumlarının rəhbərləri tərəfindən qəbul olunub.
Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Qəbula gələn sakinlər nazirlə birbaşa görüş üçün yaradılmış şəraitdən məmnun qaldıqlarını söyləyib və bölgələrdə bu cür qəbulların təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər