Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda tütün əkini

02 may 2016 | 16:00

Masallıda tütün əkininə start verilmişdir.
Bir vaxtlar Masallını şöhrətləndirən tütünçülükdə neçə-neçə adam əmək qəhrəmanı olmuşdu. Bu sahənin məhsuldarlığı rayonun inkişafına, adamların rifahının yaxşılaşmasına müsbət təsir göstərirdi. Ancaq bəzi təsərrüfat sahələri kimi tütünçülük də unuduldu.
  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevcənablarının tapşırığına əsasən respublikamızda yeni təsərrüfat sahələri yaradılır. Çayçılıq, pambıqçılıq, üzümçülük, baramaçılığın inkişafı istiqamətində tədbirlər görülür. Bu sahəyə tütünçülük də daxildir.
  Rayonumuzda bu il 20 hektara yaxın tütün əkilməsinə start verilmişdir. Bir neçə gündür ki, Qızılağac, Xırmandalı, Şərəfə, Qarğalıq, Mahmudavar və digər ərazilərdə torpağa tütün şitili köçürülür. Qısa müddətdə 8 hektardan çox sahədə tütün əkilmişdir.

Keçidlər