Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda çayçılığın inkişafı

03 may 2016 | 16:00

Masallıda çay plantasiyalarının sayı günü-gündən artır.
Çay plantasiyasına yaz qayğıları Sığaçolədə çay paltasiyasına yaz qayğıları başlayıb. Hazırda burada əmək coşğunluğu var. Qız-gəlinlər cərgəaralarını becərir, kolların dibi alaqdan təmizlənib, yumuşaldılır, torpağa gübrə verilir. Zeynəb və Hökümə Quliyevalar, Fəridə Baxşıyeva, Natavan Mirzəyeva, Bənövşə Əliyeva, Həqiqət Səfərova hər yaşıl kola qayğı ilə qulluq edirlər.
Suvarma sistemi yaradanların da işi çoxdur. Onlar dərələrdə dərinləşdirmə işləri görür, motorların qoyulacaq yeri müəyyənləşdirilir, boruları hazırlayırlar. Kollektivdə bu iş Vüsal Qulamzadə, Kamil Eyvazov və Sirus Məmmədova tapşırılıb. Mexanizatorlar burada daha 10 hektar sahəni əkinə hazırlamışlar. Bu məqsədlə dibçəklərdə şitil yetişdirilir.

Keçidlər