Rayon ictimaiyyətinin veteranlarla görüşü
05 may 2016-cı il tarixdə Masallı rayon İcra hakimiyyətinin məsul işçiləri, rayonun idarə və təşkilatların rəhbərləri, rayon Mərkəzi Xəstəxanasının həkim briqadası Böyük Vətən Müharibəsi iştirakçılarının evinə baş çəkmişlər.
Görüş zamanı veteranlar – Binə Xocavar kənd sakini Atabala Hacıyev, Sığdaşlı Xankişi Xancanov, Bədəlanlı Baba Kazımov, Masallı şəhərindən Qulamhüseyn Məmmədov, Boradigahlı Məmmədhəsən Abbasov, Qızılavarlı Yarun Abbasov, Mahmudavarlı Əlibala Kişiyev, Xıllı Mürşüd Hüseynov, Hişkədərəli Oruc Bədəlov, Xırmandalıdan Simran Quliyev, Türkobalı İslam İbrahimov, Kalinovkalı Cənnət Teymurov cəbhə xatirələrindən, ölkə rəhbərinin onlara qayğı və ehtiramından danışmışlar.
Masallı RİHB-nın müavini Gülşən Xəlilova veteranların problemləri ilə maraqlanmış, səhiyyə işçiləri veteranları müayinə etmiş, səhhətində problemi olanlara yardım göstərmiş, tibbi məsləhətlər verilmişdir.