Masallı sakinlərinin Ulu öndər Heydər Əliyevə ehtiramı
10 may 2016-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Parkında rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş ümumrayon tədbiri və rayon Mərkəzi kitabxananın təşkilatçılığı ilə kitab bayramı keçirilmişdir.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanı, idarə müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və minlərlə rayon sakini Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər gül dəstələri düzmüş və Ulu öndərin xatirələrini ehtiramla yad etmişlər.
Tədbir iştirakçıları rayon Mərkəzi kitabxananın təşkilatçılığı ilə hazırlanmış Ulu öndərin həyat və yaradıcılığından bəhs edən kitablara baxış keçirmişdir.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova çıxış edərək Azərbaycan Xalqının xılaskarı olan Ümummilli lider Heydər Əliyevin Azərbaycandakı misilsiz xidmətlərindən və bu xidmətlərin onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsindən söhbət açmışdır.
Masallı Dövlət Regional Kollecinin tələbələrinin ifasında Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş şer parçaları səsləndirilmişdir.