Xırmandalı ərazisində səyyar görüş
11 may 2016-cı il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısının Xırmandalı ərazisində növbəti səyyar qəbulu keçirilmişdir.
Xırmandalı ərazisi Xırmandalı, Ərəb və Hacıtəpə kəndlərini əhatə edir. Ərazinin 7441 nəfər əhalisi və 2545 ha torpaq sahəsi vardır. Həmçinin ərazidə 2 tam orta məktəb, 1 ümumi orta məktəb, 1 uşaq bağçası, 3 tibb məntəqəsi, 2 poçt, 1 EATS, 3 kənd klubu, 2 kitabxana və s. fəaliyyət göstərir.
Xırmandalı ərazisində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, son illər Masallıda, eləcə də Xırmandalı ərazisində görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Ziyalılardan Nəcəfqulu Quliyev, Xırmandalıdan Möhübbət Qasımov, Mürsəl Hüseynov, Ərəb kəndindən Aslan Hacıyev, Əlizadə İbadullayev və başqaları çıxış edərək ərazidə görülən işləri təqdir etmiş, Xirmandalıda kəndarası yolların təmir edilməsi, kənddə tibbi müayinələrin təşkili, su aparıcı kanalların təmizlənməsi xahiş etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin bəzilərinin həlli istiqamətdə müvafiq qurumların rəhbərlərinə göstəriş vermiş, digər qaldırılan məsələlərin də nəzərə alınacağını qeyd etmişdir.