Şriftin ölçüsü :

Saytın rəngi :

Rahib Əliyev – 75

07 mart 2013 | 16:00

 

Yubileyi giriş sözü ilə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq yubliyarı təbrik etmiş və yubliyar haqqında xoş sözlərini söyləmişdir. RİH-nin başçısı çıxış edərək vurğulamışdır ki, bu gün rayonumuzun ictimai-siyasi həyatında əlamətdar bir hadisə baş verir. Rayon İcra hakimiyyətinin təşəbbüsü ilə Masallıda doğulub boya-başa çatan istedadlı alim, görkəmli pedaqoq, gözəl insan Azərbaycan Tibb Universitetinin “Biologiya və ümumi genetika” kafedrasının dosenti Rahib Əşrəf oğlu Əliyevin 75 illiyini sizlərlə qeyd edirik. Rahib Əliyev 75 il öncə rayonumuzun Mahmudavar kəndində dünyaya göz açmışdır. O, 45 il çalışdığı Azərbaycan Tibb Universitetində alim və müəllim kimi elmi pedaqoji fəaliyyətində böyük uğurlar əldə etmiş, çoxsaylı elmi əsərlər, dərslik, məlumat və lüğət kitabları, tədris vəsaitləri və proqramları hazırlamış, məqalələr çap etdirmiş, bütün bilik və bacarığını gənc nəslin təlim-tərbiyəsinə, peşəkar və yüksək hazırlıqlı, geniş dünyagörüşünə malik həkim kadrlarının hazırlanmasına həsr etmişdir. Rahib Əliyev istedadlı alim olmaqla bərabər həm də görkəmli pedaqoqdur. Pedaqoji fəaliyyəti dövründə o, 60 mindən çox tələbəyə biologiya elminin sirlərini öyrətmiş, onları yüksək ixtisaslı həkim və ləyaqətli vətəndaş kimi yetişməsində bilik və bacarığını əsirgəməmişdir.

Onun tələbələrinə Respublikamızın hər yerində rast gəlmək olar. Rahib müəllim Azərbaycan səhiyyə sisteminin formalaşmasında xidmətləri olan fədakar insanlardandır.

Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”... Rahib Əliyev də belə müəllimlərdən biridir.

Mən istedadlı alim, görkəmli ziyalı, təcrübəli pedaqoq Rahib Əliyevi öz adımdan, bütün Masallılar adından təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edirəm.

Sonra tədbir iştirakçılarından Azərbaycan Tibb Universitetinin “Tibbi biologiya və genetika” kafedrasının müdiri, professor Canbaxış Nəcəfov, professor İbadulla Ağayev, Prezident təqaüdçüsü Şirvan Əbilov, Masallı rayon Səhiyyə şöbəsinin müdiri Cəlil Nəzərov, Xalq artisti Canəli Əkbərov, professor Eyyub Əzizov, professor Fəxrəddin Məmmədov və başqaları çıxış edərək yubliyarın həyat və yaradıcılığından ətraflı bəhs edərək yubliyara ən xoş arzularını çatdırmış, ona uzun ömür, can sağlığı, işlərində uğurları arzulamışlar.

Tədbirin sonunda Masallı şəhər Mədəniyyət evinin özfəaliyyət kollektivinin ifasında konsert proqramı olmuşdur.

Keçidlər