Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Erkən nigahlar, reallıqlar və onların fəsadları” mövzusunda gənclərlə görüş

17 may 2016 | 16:00

17 may 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə “Erkən nigahlar, reallıqlar və onların fəsadları”  mövzusunda gənclərlə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan "Sağlam yaşa" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədr müavini Tələt Qəribov laiyihənin məqsəd və məramını açıqlamış, erkən nikah probleminin bu gün cəmiyyətimizin aktual problemlərindən biri olduğunu nəzərə çatdırmışdır.
    Sonra təşkilatın eksperti hüquqşünas Fəaliyyət Əliyev respublika ailə məcəlləsinin bəzi müüdəaları barədə məlumat vermişdir. Qeyd etmişdir ki, beynəlxalq konvensiyalara qoşulan Azərbaycan Respöublikasında bu istiqamətdə mühüm addımlar atılmışdır.
Sonra tədbirdə Masallı rayon Ağsaqqallar Şurasının sədr müavini, dövlət qulluğu veteranı Ələşrəf Niftiyev, Masallı rayon Təhsil şöbəsinin metodisti Əyyar Bürhanov, "Yeni həyat" qəzetinin əməkdaşı Akif Ağayev çıxış etdilər.
Sonda tədbir iştrakçılarına müzakirə olunan mövzuya dair suallar cavablandırıldı, bukletlər paylanıldı.

Keçidlər