Güllütəpə kəndində Şəhid Firdovsi Bağırzadənin adı əbədiləşdi
18 may 2016-cı il tarixdə Masallı rayonunun Güllütəpə kəndində Şəhid Firdovsi Əliş oğlu Bağırzadənin 40 mərasimi keçirilmiş və Şəhidin adına verilmiş küçənin açılışı olmuşdur.
Bu münasibətlə keçirilən tədbirdə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək şəhidimizin hünər yolundan danışmış, şəhidin adının əbədiləşdirilməsi məqsədi ilə kəndin mərkəzi küçəsinə onun adı verilmiş və şəhidin adını bildirən küçənin brelyefini açmışdır.
Tədbirdə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatları, hüquq mühafizə orqanları rəhbərləri, ağsaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələri və yüzlərlə sakin iştirak etmiş, guşəyə təzə tər dəstələri düzərək Şəhidin xatirəsini ehtiramla yad etmişlər.
Şəhid Firdovsi Bağırzadə 1996-cı ildə Masallı rayonunun Güllütəpə kəndində anadan olmuşdur. 2014-cü ilin oktyabr ayında Masallı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. 2016-cı ilin aprel ayında cəbhənin Tərtər rayonu istiqamətindəki təmas xəttində gedən gərgin döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur.
Şəhidin nəşi Masallı rayon Güllütəpə kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Bu gün Firdovsi Əliş oğlu Bağırzadənin toprağa tapşırılmasından 40 gün keçir.