Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda beynəlxalq Muzeylər günü qeyd edildi

18 may 2016 | 16:00

18 may 2016-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Mərkəzin təşkilatçılığı ilə “Beynəlxalq muzeylər günü” münasibəti ilə “Açıq Qapı” günü  keçirilmişdir.
Tədbirdə YUNESCO-nun Beynəlxalq Muzeylər Şurası tərəfindən tövsiyyə olunmuş “Muzeylər və mədəniyyət landşaftları” mövzusunda sərgi təşkil olunmuşdur..
Tədbiri giriş sözü ilə açan Masallı şəhər Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva rayonda fəaliyyət göstərən Muzeylər və Masallı şəhər Heydər Əliyev Mərkəzinin fəaliyyəti haqqında geniş məlumat verdi.
Tədbirdə çıxış edən Tarix-diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyevada tarix və mədəniyyət abidələrimiz haqqında ətraflı məlumat verdi.
Tədbir iştirakçıları Masallı şəhər Heydər Əliyev Mərkəzində təşkil olunmuş sərgilər, rəssamlıq və xalçaçılıq dərnəyi üzvlərinin əl işləri, Milli rəqs dərnəyinin rəqs kollektivlərinin müxtəlif çıxışları ilə tanış olmuşlar.

Keçidlər