Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda istedadlı və yaradıcı gənclərlə görüş

19 may 2016 | 16:00

19 may 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, onların asuda vaxtlarının səmərlı təşkil olunması, həmçinin gənclərin narkomaniya və digər zərərli vərdişlərdən uzaqlaşdırılması məqsədilə Masallı rayon ümumtəhsil məktəblərində fəaliyyət göstərən texnalogiya müəllimləri və yaradıcı gənclərlə  görüş keçirilmişdir.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və  qayğıdan həmçinin respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış və bildirmişdir ki, tədbirin əsas məqsədi istedadlı gəncləri aşkara çıxarmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək, məktəbliləri yaradıcılıq dərnəklərinə daha geniş cəlb etmək, onların narkomaniya və digər zərərli vərdişlərdən uzaqlşdırılmasdır.     
Tədbirdə  Masallı rayon Təhsil şöbəsinin metodisti Vüsal Novruzov, Rayon rəsim qalareyasının direktoru Tofiq Fərəcov, müəllimlərdən Mirrəhman Əzizov, Kamil Babayev, fəal gənclərdən Hüseyn Babazadə, Qulam Cavadov və başqaları çıxış edərək belə tədbirlərin keçirilməsinin çox yaxşı hal olduğunu və istedadlı gənclərin aşkar edilməsi gələcək nəsillər üçün bir örnək olduğunu  bildirmişlər.
Sonda  gənclərin əl işəri və rəsm əsərləri nümayiş olundu və bir qrup fəal gənc Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplamlarla təltif edildi.

Keçidlər