Gəyəçöl kəndində qanvermə aksiyası keçirildi
20 may 2016-cı il tarixdə Masallı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Gəyəçöl həkim məntəqəsində qanvermə aksiyası keçirilmişdir. Aksiyada Gəyəçöl, Musakücə, Xıl və Sərçuvar kəndlərinin sakinləri iştirak etmişlər.
B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı Lənkəran bölməsi tərəfindən ezam olunmuş xüsusi tibbi briqadanın həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub.
Bölmənin müdiri Telman Zülfüqarovun verdiyi məlumata görə yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Aksiyada iştirak edən donorlar qan xəstəliklərindən əziyyət çəkənlər üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirmişlər.