Şriftin ölçüsü :

Saytın rəngi :

Mexanizatorlara yeni sürücülük vəsiqəsi verilib

21 may 2016 | 16:00

21 may 2016-cı il tarixdə Masallı şəhər Masallı Gənclər Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin təşkil etdiyi səyyar xidmət zamanı Masallıdan və qonşu rayonlarından olan 150 mexanizatora və digər kənd təsərrüfatı texnikası istifadəçilərinə yeni sürücülük vəsiqələri təqdim olunub.
Müfəttişliyin rəisi Ağakişi Alıyevbildirib ki, yeni nümunə sürücülük vəsiqəsinin təsdiq olunması ilə əlaqədar bölgələrdə sürücülük vəsiqələrinin dəyişdirilməsi kampaniyasına başlanılıb. Bu məqsədlə ölkənin 8 regionunda kənd təsərrüfatı texnikalarını idarə etmək üçün yaradılmış imtahan-qeydiyyat məntəqələrində sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi prosesi həyata keçirilir.
Qeyd edək ki, kənd təsərrüfatı sahəsində işlərin çoxluğu nəzərə alınaraq vətəndaşlara xidmətləri daha asan və daha şəffaf göstərilməsi məqsədilə müfəttişlikdə səyyar xidmət qrupu yaradılıb. Bu qrup tərəfindən regionlarda müntəzəm olaraq sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi prosesi həyata keçirilir.
Müfəttişlikdə avtomatlaşdırılmış informasiya sistemi yaradılıb. Bütün növ kənd təsərrüfatı texnikalarının qeydiyyatı, texniki baxışın aparılması, ipoteka yüklülüyü, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün nəzəri və təcrübi imtahanların keçirilməsi, sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi elektron qaydada həyata keçirilir.
Yeni sürücülük vəsiqəsi almış mexanizatorlar və digər kənd təsərrüfatı texnikası istifadəçiləri yaradılan şəraitə, diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər