DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN TƏDBİRİ
23 may 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional Miqrasiya İdarəsinin təşkilatçılığı ilə regionda mirqasiya sahəsində hüquqi maarifləndirmə tədbirlərinin effektlivliyinin artırılması o cümlədən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətin səmərəliliyini təmin etmək mövzusunda tədbir keçirilmişdir.
Rayon ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional Miqrasiya İdarəsinin əməkdaşları Zamiq Kərimov, İlkin Əsgərov və Ramil Bəşirov çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi, miqrasiya sahəsində də idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi istiqamətində əsaslı tədbirlər həyata keçirilir. Qeyd edilib ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi dövlətimizin tolerant, dözümlülük prinsipləri əsasında idarə edilməsinin daha bir nümunəsidir.
Xidmətin əməkdaşları əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı, onlara Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi qaydalarından söz açıblar. Tədbirdə Azərbaycan Respublikasında əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi, miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyətlər haqqında da məlumat verilib.
Tədbirdə, həmçinin vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində görülən işlər, regionlarda keçirilən çoxsaylı tədbirlərin konkret nəticələri diqqətə çatdırılıb, hazır sənədlər qəbul olunub, qəbul olunmayan sənədlər haqqında vətəndaşlara - sahiblərinə məlumat verildi.