“Dəcəl çəpişlər” Masallıda
23 may 2016-cı il tarixdə Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və Masallı rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi “Multikulturalizm ili” çərçivəsində məktəblilər üçün “Dəcəl çəpişlər” adlı uşaqlar üçün müsiqili komediya teatrı numayış etdirilmişdir.
Mikayıl Müşfiqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanan tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlərdir. Əsas rolları aktyorlar Güldanə Əzimova, Ağaxan Şərifov, Gülçöhrə Abdullayeva, Şaban Cəfərov, Əmrah Dadaşov, Fərid Rzayev, Elnarə Nağdəliyeva və Gülnarə Əzizova ifa ediblər.
Masallı şəhər Mədəniyyət Mərkəzində təqdim olunan “Dəcəl çəpişlər” adlı ikihissəli musiqili nağıl-tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb.