Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Gənclərin II Respublika Elmi Festivalı” keçirilmişdi

08 mart 2013 | 16:00

 

Festival Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti, AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilmişdir. Festivalda tədqiqat aparan, eləcə də ali təhsil müəssisələrində çalışan gənc alimlər iştirak etmişlər.

          Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov festivalı giriş sözu ilə açaraq  bu kimi tədbirlərin regionlarda keçirilməsini olduqca vacib saydığını bildirmişdir.  Natiq qeyd etmişdir ki, ölkə rəhbərliyinin Azərbaycan elminə göstərdiyi diqqət və qayğı göz qabağındadır. Bunun bariz nümunəsi olaraq müstəqillik illərindən Azərbaycan elminə göstərilən qayğı alimlərimizin elmi tədqiqatlarının Respublikamızın hüdudlarından kənarda da uğurlar qazanmasına səbəb olub. Azərbaycan alimlərinin elmi tədqiqatları dünyanın bir çox ölkəsinin elimi mərkəzlərində, simpoziumlarında və konfranslarında maraqla dinlənilir.

      Festivalda Masallı rayon İcra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı və Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış  edərək bildirmişlər ki, ölkəmizdə gənclərə və gənc  alimlərə dövlət qayğısı günü gündən artmaqdadır. Dövlət gənclər siyasəti ölkədə, o cümlədən rayonumuzda da uğurla icra olunur. Belə ki rayonumuzda bir sıra idman mərkəzləri fəaliyyət göstərir. Masallı Olimpiya Kompleksi, Masallı Gənclər Mərkəzi hal hazırda gənclərin istifadəsindədir. Həmçinin bu yaxınlarda taekvando və boks mərkəzləri gənclərin istifadəsinə veriləcək. Bununla yanaşı Boradigah qəsəbəsində Boradigah Olimpiya İdman kompleksinin tikintisi davam etdirilir.

Festivalda gənc alimlərin Azərbaycan tarixi, ədəbiyyatı ,incəsənəti, mədəniyyəti və folkloru ilə bağlı elmi əsərləri iştirakçılara təqdim olunmuşdur.

Festivalda 50 gənc alim və Masallı rayonundan 100-dən artıq fəal gənc təmsil olunmuş, həmçinin festival 2 gün davam etmişdir.

Keçidlər