MASALLI RİH BAŞÇISININ BƏDƏLAN KƏND SAKİNLƏRİ İLƏ GÖRÜŞÜ
Masallı Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbulu 01.06.2016-cı il tarixdə Bədəlan kəndində keçirilmişdir. Bədəlan ərazisi Bədəlan, Çayqıraq, Dəmirçi və Aşurlu yaşayış məntəqələrini əhatə edir. Ərazinin 8296 nəfər əhalisi və 1271 ha torpaq sahəsi vardır. Həmçinin ərazidə 1 tam orta məktəb,2 ümumi orta məktəb, 1 uşaq bağçası, 1 Masallı Peşə məktəbi, 1 tibb məntəqəsi, 1 poçt, 1 EATS və 1 klub fəaliyyət göstərir. Bədəlan kənd tam orta məktəbinin iclas zalında təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən, həmçinin Bədəlanda kəndara yolların təmiri, ərazidə 3 məktəbin və Ağsaqqallar Evininin tikintisi və s.-dən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir. Kənd sakinlərindən şəhid atası Qərib Tağıyev, Eldar Eynullayev, Eldar Ağayev və başqaları çıxış edərək kənddə görülən abadlıq-quruculuq işlərinə görə ölkə Prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, sosial-yardım alınması, payıbəlli torpaq sahəsi, rayonda uşaq-yaradıcılıq mərkəzinin yaeni binasının tikilməsi və digər müraciətlər səsləndirmişlər.
Sonda təhsil və erkən nikah məsələlərinə toxunan Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.